AVTONƏQLİYYAT VASİTƏSİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNİN İCBARİ SIĞORTASI

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:
Mühərrikinin silindrinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:
  • Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Motosiklеtlər və motorollerlər;
  • Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri
  • Trollеybuslar və tramvaylar.
 SIĞORTA MƏBLƏĞİ
Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
>>  Fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
>>  Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
>> Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.
SIĞORTA HAQQI
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilir.
Bir ay müddətinə bağlanmış icbari sığorta müqavilələri üzrə sığorta haqqı müvafiq illik sığorta haqqının 20 faizi nisbətində ödənilir.

Hadisə zamanı nə etməli
  1. Hadisə baş verdikdə (102) nömrəsinə zəng edib DİN/DYP əməkdaşlarını hadisə yerinə çağırmaq vacibdir.
  2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım (103), FHN (112) və digər lazımi qurumlara xəbər verin.
  3. Hadisə baş verdikdə, dərhal Şirkətimizin 1175 qısa nömrəsi və yaxud +994 60 311 17 17 mobil nömrəyə zəng edərək məlumat verilməlidir.
Sığorta şəhadətnaməsində Sığortaçının qaynar xətt nömrəsi qeyd olunur.
Sığortaçının qaynar xətt nömrələrini bilmirsinizsə 9707 SMS xidmətindən istifadə edin
Zərərvuran nəqliyyat vasitəsinin sahibinin icbari sığortasının olub olmamasını və hansı sığorta şirkətində sığortalandığı barədə məlumatı əldə etmək üçün 9707 qısa nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə əldə edə bilərsiniz.
  1. Hadisə yeri tərk etməyin
Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin. Aşağıdakı hallarda zərər dəymiş əmlakın yerinin dəyişdirilməsi və ya onun hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:
  • zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması, zərər dəymiş əmlakın başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi,   o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı;
  • sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
  • digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.
  1. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.
Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.

AVTONƏQLİYYAT VASİTƏSİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNİN İCBARİ SIĞORTASINI NECƏ ƏLDƏ EDİM?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını əldə etmək üçün 1175 qısa nömrəsinə və ya +994602220202 nömrəsinə zəng vurmaq yaxud v.memmedov@naxcivansigorta.az adresinə müraciət forması göndərmək kifayətdir - bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.

Aşağıdakı forma ilə sorğunu göndərin, biz Sizinlə əlaqə saxlayaq.

Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun