“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti artıq yeni ünvanda

Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti müştərilərə ən yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi istiqamətində daha bir addım atıb. Belə ki, şirkətimiz artıq müştəriləri yeni ünvanda, yəni Naxçıvan şəhəri, H.Əliyev prospekti 4 ünvanında qarşılayacaq.

 Yeni korporativ üslubda dizayn olunmuş ofis binasında ən müasir kompüter, server və digər avadanlıqlar alınaraq istifadəyə verilmişdir.

 Müştərilərə sığorta xidmətlərindən rahat və məsafəli yararlana bilmək üçün Naxçıvanbanka məxsus ödəmə terminallarından, SmartPay onlayn ödəniş sistemindən və naxcivansigorta.az saytından istifadə etməklə Banka yaxınlaşmadan sığorta haqlarını ödəmə imkanı yaradılmışdır.

 Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən korporativ və fərdi müştərilərə 5 növdə könüllü sığorta xidmətləri göstərilir.

 Şirkətimizin məqsədi müştərilərimiz üçün ən yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsini təmin etməkdir.

Image
Image
Image
Image